Ukraynalı döyüşçülər Donetskə hücum edərək HIMARS qurğusundan atəş açıblar. Dinc əhali arasında ölən və yaralananlar var.

Tezadlar.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

"Artıq atışma zamanı bir nəfər həlak olub. Daha beş nəfər yaralanıb", - telekanalın mənbəsi bildirib.

Söhbət Kirovski rayonundakı Biryuzova küçəsinin atəşə tutulmasından gedir. Orada mərmi bir neçə vətəndaşın nəqliyyat gözləyən avtobus dayanacağına düşüb. Sursat parçaları yaxınlıqdakı evlərin pəncərələrini sındırıb.

Şəhərin meri Aleksey Kulemzinin sözlərinə görə, bundan otuz dəqiqə əvvəl şəhərin növbəti dəfə atəşə tutulması qeydə alınıb. USQ-nin hücumu nəticəsində Kirovski və Petrovski rayonlarının 19 minə yaxın sakini işıqsız qalıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA