Qəzza zolağının şimalında 12 min insanın sığındığı Əl-Qüds xəstəxanasının binası atəşə tutulub.

Tezadlar.az xəbər verir ki, bu barədə “Al Hadath” kanalı məlumat yayıb.

Bundan əvvəl bildirilmişdi ki, Fələstin Qızıl Aypara Cəmiyyəti İsrail rəhbərliyindən vətəndaşların tibb müəssisəsindən təxliyəsi üçün təkrar göstəriş alıb.

Bundan sonra Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Ghebreyesus Qəzzada Əl-Qüds xəstəxanasının boşaldılması çağırışlarının narahatedici və qeyri-mümkün olduğunu söylədi, çünki “qurbanlarla dolu tibb müəssisəsini evakuasiya etmək mümkün deyil”.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağında Əl-Qüds xəstəxanasının binasını atəşə tutmaq niyyətində olduqlarını bəyan edərək, əməkdaşların və xəstələrin təxliyəsini tələb ediblər. Fələstin Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, oktyabrın 29-da səhər saatlarında İMQ tibb müəssisəsinin 50 metrliyində görünüb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA