Bu gün Parlamentdə bir qrup hərbi zabit heyətini qəbul etdim. Onlar 44 günlük müharibə dövründə döyüş bölgəsi ətrafında olub və müəyyən tapşırıqları həyata keçirib.

Bu barədə MCP-nin lideri, deputat Razi Nurullayev məlumat verib.

 O, həmin şəxslərin Müharibə dövrü səfərbərliyə cəlb olunmalarına baxmayaraq, müharibə iştirakçısı hesab olunmadıqlarını və buna görə şikayətləndiklərini qeyd edib. Həmçinin o, vurğulayıb ki, səfərbərliyə cəlb edilərək Qarabağa göndərilən həmin şəxslər aylarla orada qalıblar və əgər onların həmin bölgədə qalması əhəmiyyətsiz idisə, niyə görə bu qədər zaman hərbi hissələrdə saxlanılıblar?

“Onlar müharibə iştirakçısı kimi hesab olunmur və narazı qalıblar. Bu məsələ ilə bağlı bizə çox müraciətlər daxil olub. Danışdıq və müəyyən anlaşma əldə etdik ki, hansı xətt üzrə bu məsələ üzərində işləyək.

Sadəcə bir məqam: bu əsgər və zabitlər müharibədə iştirak etmək üçün səfərbərliyə cəlb olunub və müharibəyə qoşulma əmri gözləyib. Bəziləri bir neçə günlük və həftəlik hərbi tapşırıqlara göndərilib, amma qeyd edilməyib. Bunlar faktdır.

Səfərbərliyə cəlb edilən bu şəxslər 4-5 ay Qarabağ və ətrafında olub. Əgər onlar lazım deyildisə, niyə o qədər hərbi hissələrdə saxlandılar? Yəni bunlar döyüş üçün səfərbər olunub və ailəsi ilə halallaşaraq şəhidlik yoluna çıxıb. Şükür Allaha ki, müharibə tez bitib, onların birbaşa döyüşə girməsinə də ehtiyac olmayıb, amma onlar daim müharibə ab-havasında yaşayıblar.

İştirakçı zabitlərdən biri dedi ki, futbol meydançasında 11 oyunçu olur, qalanları ehtiyat oyunçu skamyasında oturur. Komanda oyunu udursa ehtiyat oyunçular daxil hər kəs boynundan çempion medalı asır və pul mükafatı alır. Amma meydanda olan oyunçular içindən isə yaxşı bombardir, müdafiəçi və hücumçu seçilir. Hərbiçilərin də məsələsi eynidir. Döyüşdə iştirak edənlər qəhrəman adı, medal və ordenlər alıb, həyatını itirənlər şəhid adı qazanıb.

Biz döyüşdə olmamışıq, orden və medal istəmirik. Müharibə iştirakçısı adı istəyirik.

Məncə haqlıdırlar!”, - deyə deputat da onlara haqq qazandırıb.

 Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA