İsrail hakimiyyəti Fələstinin radikal HƏMAS təşkilatı tərəfindən yayılan israilli girovların videosunu “qəddar psixoloji təbliğat” hesab edir.

Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu administrasiyasının yaymış olduğu bəyanatda deyilir.

 "Bu, Həmas – İŞİD (“İraq Şam İslam Dövləti” terror təşkilatı) tərəfindən amansız psixoloji təbliğatdır", - mətndə qeyd edilir.

 Daha sonra Netanyahu videoya çəkilən qadın girovlara şəxsən müraciət edərək onları azad etmək üçün hər şeyi etdiyinə əmin edib. "Sizi qucaqlayıram. Qəlbimiz sizinlə və digər qaçırılanlarladır. Biz bütün oğurlanmış və itkin düşənlərin evlərinə qaytarılması üçün əlimizdən gələni edirik", - deyə baş nazirdən sitat gətirilib.

Qeyd edək ki, HƏMAS üzvləri daha əvvəl saxladıqları üç qadın girovun internetdə İsrail hakimiyyətinə videomüraciətini yayımlayıblar. İsrailin "Yedioth Ahronoth" qəzeti videomüraciətin görünüşünü şərh edərkən bunun "psixoloji müharibənin bir hissəsi" olduğuna diqqət çəkərək, bu videonun harada, nə vaxt və hansı şəraitdə çəkildiyi barədə məlumatın olmadığını vurğulayıb.

 Xatırladaq ki, oktyabrın 7-də İsrail dövlətinə Qəzzada yerləşən HƏMAS qruplaşması tərəfindən raket hücumları edilib, insanlar girov götürülüb, çoxlu sayda insan öldürülüb. Bundan sonra İsrail Müdafiə Qüvvələri (SAHAL) də qarşı tərəfə cavab tədbirlərinə başlayıb. Çox təəssüf ki, bugünədək davam edən qanlı toqquşmalar minlərlə can alıb, hər iki tərəf ziyan görüb. Hələ ki, tərəflər arasında sülh razılaşması əldə olunmayıb. Əksinə, günbəgün proses qızışmaqda davam edir. Və dünyanın bəzi ölkələrində yəhudilər əleyhinə aksiyalar keçirilir, onlar qınanılır...

İsrail tərəfi bu müharibəni dayandırmaq üçün HƏMAS qarşısında bəzi tələblər qoyub. Bura girovların azad edilməsi, HƏMAS-ın qeyd-şərtsiz təslim olması şərtləri daxildir.

Lakin bu şərtlər cavabsız qalıb... Netanyahu isə İsrail tərəfindən girovların azad edilməsi istiqamətində hansısa addımların atıldığını bəyan edir.

HƏMAS-ın israilli girovları lentə alaraq yaydığı həmin videomüraciət:

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA