İsrailin “qara siyahısı”na regionun bütün bölgələri, o cümlədən Stavropol və Krasnodar diyarları da daxil edilib.

İsrailin Xarici İşlər Nazirliyi və Təhlükəsizlik Şurası öz vətəndaşlarına bu bölgələri tərk etməyi tövsiyə edib.

Belə ki, Şimali Qafqaz Federal Dairəsinin və Kubanın bütün subyektləri “qara siyahı”ya daxil edilib.

İsrail Xarici İşlər Nazirliyi və Təhlükəsizlik Şurası öz vətəndaşlarını Şimali Qafqaza səfərlərdən çəkinməyə çağırıb.

Bu barədə iki qurumun birgə bəyanatında deyilir. 

Bəyanatda bildiriblər ki, bu qərar Mahaçqala hava limanında baş verən iğtişaşlar, eləcə də İsrailin “Dəmir qılınclar” əməliyyatı fonunda verilib. Onlar Şimali Qafqaz Federal Dairəsinin regionlarında İsrail - yəhudi obyektlərinə qarşı yeni etiraz aksiyalarının və zorakılıq aktlarının mümkünlüyünü də vurğulayıblar.

Xatirladaq ki, ötən gün Dağıstanda bir qrup insan Mahaçqala hava limanına basqın edərək yəhudilərin ölkədən qovulmasını tələb ediblər.

Daha sonra onlar Təl-Əvivdən gələn təyyarənin buraxılmamasını israr edərək, eyni zamanda, aeroportun içində İsraildən gələn “yəhudi ovu”na çıxıblar. Bu dəhşətli “axtarışda” polis və mülki şəxslər də daxil olmaqla 20 nəfərdən çox insan xəsarət alıb. Onlardan 10 nəfəri xəstəxanalıq olub, 2 nəfərinin vəziyyəti isə çox ağırdır...

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA