Ötən gecə İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyatlar nəticəsində 200-dən çox insan həlak olub.

Tezadlar.az xəbər verir ki, bu barədə “Al Hadath” anklavın Səhiyyə Nazirliyinə istinadən yazır.

"Səhiyyə Nazirliyi: Qəzzada ötən gecə zolağın şahidi olduğu reydlər zamanı 200-dən çox adam öldürülüb", - bəyanatda deyilir.

Bundan əvvəl İMQ-nin Qəzza zolağına irimiqyaslı hücumlar keçirdiyi barədə məlumat verilmişdi. Nəticədə, İsrail Müdafiə Qüvvələri Qəzza şəhərini mühasirəyə alıb və anklavın sahil xəttinə nəzarəti ələ keçirib.

Həmçinin əməliyyat zamanı İMQ bir neçə HƏMAS yaraqlısını məhv edib. Onların arasında hərəkatın xüsusi əməliyyatlarına rəhbərlik edən Camal Mussu da var.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN