Amerikanın genişzolaqlı internet provayderləri haker hücumuna məruz qalıb, bunun nəticəsində hakerlər ABŞ-da telefon dinləmə sistemlərinə çıxış əldə ediblər.

Tezadlar.az xəbər verir ki, bu barədə Amerikanın “The Wall Street Journal” qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Kiberhücum... ABŞ-ın bir sıra genişzolaqlı internet provayderlərinin şəbəkələrinə nüfuz edib, potensial olaraq federal hökumətin məhkəmənin icazəsi ilə dinləmə sorğuları etmək üçün istifadə etdiyi sistemlərdən məlumat əldə edə bilib”, - nəşr bildirib.

Qeyd olunur ki, sözügedən haker hücumunun Çin hökuməti ilə əlaqəli ola biləcəyi ehtimal edilir.

WSJ-nin bildirdiyinə görə, hakerlər ABŞ-ın kommunikasiya məlumatlarına dair qanuni sorğuları ilə məşğul olmaq üçün istifadə edilən ABŞ şəbəkə infrastrukturuna aylarla daxil ola bilərdilər, bu da "ciddi milli təhlükəsizlik riski yaradır".

Qəzetin mənbələri bildiriblər ki, “Verizon Communications, AT&T və Lumen Technologies” son hücumda sistemləri pozulanlar arasındadır.

Bundan əvvəl iranlı hakerlərin ABŞ prezidentliyinə namizəd Donald Trampın seçki qərargahından oğurlanmış sənədləri ABŞ-ın hazırkı prezidenti Co Baydenlə əlaqəli şəxslərə göndərdiyi bildirilirdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN