Prezident kimi Donald Trampın Yaxın Şərqdə sülhə nail olmaq şansı Ağ Evin hazırkı rəhbəri Co Baydendən daha yüksəkdir.

Bunu “Wall Street Journal”-ın keçirdiyi sorğu sübut edir.

Sorğuda respondentlərin 44%-i Trampın Fələstin və İsrail arasındakı münaqişəni həll edə biləcəyini bildirib. Yalnız 32% Baydenin eyni məqsədə nail ola biləcəyinə inanır.

Sorğu noyabrın sonu və dekabrın əvvəlində “Wall Street Journal” tərəfindən aparılıb. Qeydiyyata alınmış 1500 seçici iştirak edib.

Sorğunun ümumi nəticəsi: seçicilər ona Baydenin bütün prezidentliyi dövründə ən aşağı performans reytinqini veriblər. Onlar həmçinin 2024-cü il prezident seçkilərində baş tutacaq rəqabətdə ilk dəfə Donald Trampa üstünlük verdilər.

Bundan əvvəl “Əl-Cəzirə” kanalının analitikləri Yaxın Şərqdə müharibənin illərlə davam edə biləcəyini proqnozlaşdırmışdılar.

​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA