Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində partlayış baş verib.

Bu barədə Ukraynanın “Public” nəşri məlumat yayıb.

"Krivoy Roqda partlayış səsləri eşidilir", - məlumatda deyilir.

Bakı vaxtı ilə saat 23:03-də Ukraynanın Dnepropetrovsk vilayətində hava hücumu ilə bağlı həyəcan siqnalı verilib. Sirenlər ölkənin qonşu Kirovoqrad və Nikolayev vilayətlərində də səslənib.

Bundan əvvəl Ukraynanın Xerson hakimiyyət orqanları şəhərin mərkəzi hissəsində partlayışlar barədə məlumat vermişdilər. Ukrayna hakimiyyəti tərəfindən təyin edilmiş şəhər administrasiyasının rəhbəri Roman Mroçko özünün Telegram kanalında partlayışlar barədə məlumat verib.

Yanvarın 2-də səhər saatlarında Kiyev də daxil olmaqla bütün Ukrayna ərazisində hava hücumu xəbərdarlığı elan edilib. Ukrayna paytaxtında partlayışlar barədə məlumatlar yanvarın 1-dən görünməyə başlayıb.

Ukrayna Energetika Nazirliyinin mətbuat xidməti Kiyevdə silsilə partlayışlardan sonra təxminən 260 min istehlakçının işıqsız qaldığını bildirib.

​ E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN