ABŞ-ın Müdafiə Nazirliyi İraqda ABŞ hərbi obyektlərinə hücumlar həyata keçirən İranın dəstəklədiyi “Hərəkət ən-Nücəbə” qruplaşmasının liderinin məhv edildiyini rəsmən təsdiqləyib.

Tezadlar.az "Vaşinqton post"a istinadla bildirir ki, Pentaqonun sözçüsü general Patrik Rayder bu barədə məlumat yayıb. Sitat: "İraqdakı ABŞ qüvvələri bu gün özünümüdafiə hücumu həyata keçirib və nəticədə həm İraqda, həm də Suriyada fəaliyyət göstərən İranın dəstəklədiyi “Hərəkat ən-Nucaba” terror qruplaşmasının lideri Müştaq Cavad Kazım əl-Cəvari öldürülüb"
O da bildirilir ki, bu ekstremist qrupun daha bir üzvü də öldürülüb. Pentaqonun sözçüsü Əbu Təqvanın ABŞ hərbçilərinə qarşı hücumların planlaşdırılması və həyata keçirilməsində fəal iştirak etdiyinə aydınlıq gətirib. Pentaqon, həmçinin zərbənin özünümüdafiə məqsədilə həyata keçirildiyini vurğulayıb. Heç bir mülki şəxs xəsarət almayıb, infrastruktura və obyektlərə heç bir ziyan dəyməyib”.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN