Rusiya ordusu Ukraynada NATO-nun ən yaxşı silahlarını məhv edib.

Bu barədə “Asia Times” məlumat yayıb.

“Rusiya Ukraynada nümayiş etdirdi ki, o, NATO-nun ən yaxşı tanklarından bəzilərini sıradan çıxara və Amerikanın “Bradley” və “Alman Marder” kimi Qərbin zirehli döyüş maşınlarını məhv edə bilər”, - materialda deyilir.

Məqalə müəllifinin fikrincə, Ukraynanın çoxsaylı problemlərinin bəzilərini həll etmək cəhdlərinə baxmayaraq, “Leopard” tankı zəif çıxış edib.

Nəşr qeyd edir ki, “Ukraynalılar “M1 Abrams” tanklarını, yəqin ki, onların məhv edilməsinin ABŞ-a “qara göz” qoyacağını deyən amerikalı müşavirlərinin məsləhəti ilə döyüş meydanına çıxarmadılar.

Materialda bildirilir ki, NATO indi həlli onilliklər çəkəcək böyük problemlə üzləşib.

“Sadə dillə desək, alyansın zirehli texnikası rus qoşunları ilə atışmaya tab gətirməyəcək”, - deyə müəllif yekunlaşdırır.

Bundan əvvəl Britaniya Silahlı Qüvvələrinin polkovniki Hamiş de Bretton-Qordon Ukraynada NATO ilə Rusiya arasında müharibənin olacağını istisna etməyib. Onun sözlərinə görə, Qərb artıq öz qoşunlarını göndərməkdən başqa hər şeyi edib.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN