Liberiya bayrağı altında üzən “MV Lila Norfolk” yük gəmisi Somali sahillərində qaçırılıb və Hindistan Hərbi Dəniz Qüvvələrinə məxsus “INS Chennai” hərbi gəmisi vəziyyətlə məşğul olmaq üçün hadisə yerinə doğru hərəkət edib.

"Cümə axşamı axşam Dəniz Donanması UKMTO xidməti vasitəsilə təxminən beş-altı silahlı şəxsin gəmiyə mindiyi barədə xəbərdarlıq aldı", - "The Times of India" yazır.

Qeyd edildiyi kimi, Hindistan Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə qaçırılan gəminin üzərindən keçərək onunla əlaqə yaradıb. Təyyarə müşahidə aparmağa və gəminin hərəkətinə nəzarət etməyə davam edir.

“ANI” daha əvvəl qaçırılan gəmidə 15 hindistanlı olduğunu yazmışdı.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN