Yunanıstanın keçmiş maliyyə naziri Yanis Varufakis deyir ki, NATO-ya sədaqət Avropanın vassal qitə statusuna doğru sürüşməsini sürətləndirir. Sabiq məmur fikirlərini Britaniyanın “Unherd” portalı üçün köşə yazısında bildirib.

Varufakis bildirib ki, Şimali Atlantika Alyansına üzvlük vacib deyil, həmçinin dövlətlər üçün kifayət qədər müdafiə səviyyəsini təmin etmir.

Nümunə olaraq Yunanıstanın tarixinə müraciət edib. Keçmiş nazir 1973-cü ilin noyabrında “qara polkovniklər”in faşist xuntasının qoşunları tərəfindən vəhşicəsinə yatırılan Afina Politexnik İnstitutunda tələbələrin üsyanını xatırladıb. Nümayiş iştirakçıları ABŞ-ın ölkədəki bazalarının ləğvi ilə bağlı şüarlar səsləndiriblər.

Eyni zamanda, Varufakis qeyd edir ki, tələbələr antiamerikan deyildilər, lakin milli büdcənin ABŞ-dan qeyri-rəsmi təsdiqini almalı olduğu və NATO-nun ordu və polisə nəzarət etdiyi “kvazi-Amerika koloniyasında həyata qəti şəkildə qarşı idilər”.

Xarici siyasətimizi və müdafiəmizi NATO-nun, başqa sözlə, ABŞ hökumətinin əlinə versək, demokratiyalarımızın güclənəcəyini düşünmək ağlabatandırmı? – eks-məmur sual verib.

Bundan əvvəl Avropa Parlamentinin İrlandiyadan olan üzvü Mik Uolles NATO blokunun ləğvi təklifi ilə çıxış edib. O, Alyansın vətəndaşlara ancaq bəla gətirdiyi fikrini bildirib, həmkarlarını müharibəyə dəstək verməkdə qınayıb.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN