Nyu-York əyalətinin baş prokuroru Letitia James ABŞ-ın 45-ci prezidenti Donald Trampın aktivlərinin dəyərini şişirtdiyinə görə ona cəza olaraq 370 milyon dollar tələb edib.

Baş prokuror sübut etmək niyyətindədir ki, Tramp 10 il ərzində kredit almaq üçün əmlakının dəyərini 812 dollardan 2,2 milyard dollara qaldırıb.

Bu kredit vəsaitləri Mayamidə qolf kurortunun, Vaşinqtonda otelin və Çikaqoda otelin tikintisinə sərf edilməli idi.

Prokuror məhkəməyə müraciətində Tramp da daxil olmaqla müttəhimlərə 369,9 milyon dollar ödəməsi barədə qərar verməsini xahiş edib. O, həmçinin Tramp və digər iki müttəhimin Nyu-York daşınmaz əmlak bazarında iştirakına ömürlük qadağa qoyulmasını istəyib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN