ABŞ Dövlət katibi Azərbaycanın adını “Xüsusi Nəzarət Siyahısına” (Special Watch List -SWL) əlavə edib. Yəni hazırda Beynəlxalq Dini Etiqad Azadlığı Aktına əsasən, 12 dövlət Xüsusi Narahatlıq Doğuran Ölkə siyahısındadır.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov sosial şəbəkə hesabında etdiyi paylaşımda xatırladıb.

“Azərbaycan əlavə edildikdən sonra 5 dövlət “Xüsusi Nəzarət Siyahısı"daır. Dövlət katibi, həmçinin Əl-Şəbab, Boko Haram, Heyət Təhrir əş-Şam, Husilər, İŞİD-Sahel, İŞİD-Qərbi Afrika, Əl-Qaidə ilə əlaqəli Camaat Nəsr əl-İslam vəl-Muslimin və Talibanı Xüsusi Narahatlıq Doğuran subyektlər kimi bir daha təsdiq edib.

Dövlət katibi Azərbaycanın adını bu siyahıya Beynəlxalq Dini Etiqad Azadlığı üzrə Komissiyası (USCİRF) 2023-cü ilin dekabr ayının 5-də açıqladığı Azərbaycanla bağlı hesabatda verilən tövsiyə əsasında əlavə etmişdir”, - deyə bildirib.

 Sahib Məmmədov onu da diqqətə çatdırıb ki, əslində, ABŞ hazırda dünaynın ən narahatlıq doğuran ölkəsidir:

“ Dünyada baş verən müharibə cinayətlərin də 96%-ni bu ölkənin hərbiçiləri törədir. Bununla bağlı illər əvvəl bir yazım da dərc olunmuşdu”, - QHT rəhbəri vurğulayıb.

 Xatırladaq ki, ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlığı üzrə Komissiyası (USCİRF) ölkəmizdə dini etiqadın hazırki vəziyyəti ilə bağlı qərəzli hesabat hazırlayıb.

Sənəd “Ümumi baxış”, “Dini etiqad azadlığına hörmət və əlaqədar insan hüquqları”, “Dini etiqad azadlığına dair qanunvericilikdə məhdudiyyətlər”, “Dağlıq Qarabağda dini yerlər”, “Müsəlmanlara təzyiqlər davam edir” və “Nəticə” adlı altı hissədən ibarətdir.

Hansı ki, həmin sənəd başdan ayağa palavradır!

Y.Məmmədli

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN