Roma Papası Fransisk Ukraynadakı münaqişəni danışıqlar yolu ilə dayandırmağa çağırıb.

“Təəssüf ki, Rusiya Federasiyasının Ukraynaya qarşı iki ilə yaxın davam edən genişmiqyaslı müharibəsindən sonra çoxsaylı insan tələfatlarına və dağıntılara baxmayaraq, qəlblərdə çox arzu olunan sülh üçün yer tapmaq mümkün deyil. Milyonlarla insana zərər verməklə davam edən faciəyə beynəlxalq hüquqa riayət etməklə danışıqlar yolu ilə son qoymalıyıq”, - deyə pontifik Müqəddəs Taxt-tacda akkreditə olunmuş diplomatlara müraciət edib.

O, həmçinin Cənubi Qafqazdakı gərginlikdən və Azərbaycanla Ermənistan arasındakı münasibətdən narahat olduğunu bildirib, tərəfləri sülh müqaviləsi bağlamağa çağırıb. Fransisk həmçinin köçkünlərin geri qayıtma hüquqlarına və ibadət yerlərinə hörmət edilməsinin vacibliyini qeyd edib.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN