Avropa Parlamentinin Rumıniyadan olan üzvü Mariya Qrapini Avropa Komissiyasına (AK) Ukraynada rumınların hüquqlarının pozulması ilə bağlı məktubla müraciət edib.

Tezadlar.az bu barədə “RİA Novosti”-yə istinadən xəbər verir.

Məlumatda, xüsusilə, rumın dilində təhsil almaqla bağlı problemlərin olduğu, habelə Rumıniya icmasının kilsə rəhbərlərinin hakimiyyət tərəfindən təqib edildiyi bildirilib.

Parlamentari rumınların Ukraynada ukraynalılar və ruslardan sonra üçüncü ən böyük etnik qrupu təşkil etdiyinə işarə edərək, AK-ni Ukraynada qanunun aliliyinə riayət olunmasını yoxlamağa çağırıb.

Bundan əvvəl məlum olmuşdu ki, Rumıniya Müdafiə Nazirliyi qanunun ictimai maraq kəsb edən məlumatlara sərbəst çıxışla bağlı müddəalarına istinad edərək, Ukraynaya hərbi yardımı ölkə parlamentinin üzvlərindən məxfiləşdirib. Öz növbəsində, Rumıniyanın baş naziri Marsel Çiolaku “siyasi xərclərə baxmayaraq”, Ukraynaya çoxşaxəli dəstək verməyə davam edəcəyinə söz verib.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN