Sankt-Peterburqun Krasnodonskaya küçəsindəki mənzildə çoxuşaqlı ana yeni doğulmuş oğlunu ölü tapıb. Oğlan cəmi dörd gün yaşayıb.

Bu barədə REN TV-dəki mənbə məlumat yayıb.

"Yanvarın 9-na keçən gecə uşaq dünyasını dəyişdi. Qadın bunu ana südü ilə qidalandırmaq qərarına gələndə bildi", - kanalın həmsöhbəti bildirib.

O da məlum olub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları qadının yanvarın 8-də axşam saatlarında içki içdiyini müəyyən ediblər. Mənzildə daha iki uşaq da olub. Onlardan birinin bu yaxınlarda bir yaşı tamam olub, digərinin 17 yaşı var.

Ailə qeydiyyata alınmayıb. Amma körpənin ölümündən sonra onun bir yaşlı bacısı uşaq evinə göndərilib. Polis şöbəsində uşaqların valideynləri özlərini aqressiv aparıb, söyüblər. Onlar körpənin ölümündə günahkar olmadıqlarını iddia ediblər.

Ölən uşağın anası çox sərxoş olduğu üçün qəyyumluq orqanları onun tibbi arayışını ala bilməyiblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN