Ukrayna hərbçiləri ölkədəki korrupsiya qalmaqallarına görə motivasiyasını itirir və ümidsizliyə qapılır.

Bu barədə “Franceinfo” xəbər verir.

Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərindən biri jurnalistlərə deyib: "Hökumətimiz və parlamentarilərimiz pul oğurlamasaydı, Avropa bizi dəstəkləməkdə davam edərdi. Münaqişədən qazanan çoxlu arxa siçovullar var".

Onun sözlərinə görə, oğurluq günahsız insanların ölümünə, iztirablarına səbəb olur.

Digər əsgər isə Qərb tərəfdaşlarının pullarını mənimsəyən siyasətçilər üçün mübarizə aparmadığını deyib. Eyni zamanda, həmkarı rəhbərlik arasında baş verən oğurluğa görə öz formasını almaq məcburiyyətində qaldığını bildirib.

Bundan əvvəl məlum olub ki, Ukrayna müdafiə nazirinin keçmiş müavini və idarələrdən birinin rəhbərinə qarşı təxminən 950 milyon qriven (25 milyon dollar) mənimsəmə faktı ilə bağlı cinayət işi açılıb. Cinayətin zirehli geyimlərin alınması zamanı törədildiyi qeyd edilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN