Ukrayna prezidenti Vladimir Zelenski təhlükəsizlik və Avropaya inteqrasiya ilə bağlı danışıqlar aparmaq üçün Litvaya səfər edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna liderinin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

“Zamanla Tallinndə və Riqada, bu gün isə Vilnüsdə olacağam. Prezident, Baş nazir, Seymin sədri ilə danışıqlar aparılacaq, siyasi qüvvələrin, medianın və Ukrayna ictimaiyyətinin nümayəndələri ilə görüşlər keçiriləcək”, - rəsmi məlumatda deyilir.

Qeyd olunur ki, səfərin gündəliyinə təhlükəsizlik danışıqları, Avropa İttifaqı və NATO-ya inteqrasiya, elektron müharibə və pilotsuz uçuş aparatları sahəsində əməkdaşlıq, eləcə də Avropa dəstəyinin əlaqələndirilməsi daxildir.

Xatırladaq ki, yanvarın 9-da Zelenski ilə Rumıniya prezidenti Klaus İohannis arasında telefon danışığı olub. Dialoq çərçivəsində iki ölkə liderləri sərhəd keçidlərinin buraxılış qabiliyyətinin 4 milyon tona çatdırılması imkanlarını araşdırıblar.

​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN