İraq hakimiyyəti ABŞ qoşunlarının ölkədən çıxarılması ilə bağlı ictimai tələblərdən sonra gizli şəkildə Vaşinqtondan bunu etməməyi xahiş edib.

Tezadlar.az xəbər verir ki, bunu “Politico” yazır.

Nəşr yazır ki, İraqın baş naziri Məhəmməd Şia əl-Sudani adı açıqlanmayan Amerika rəsmilərinə özəl olaraq bildirib ki, o, Amerika hərbçilərinin ölkədə qalması üçün danışıqlara hazırdır.

Qeyd olunur ki, ABŞ ordusunun çıxarılması ilə bağlı bəyanat daxili auditoriyanı sakitləşdirmək üçün edilib. Eyni zamanda, məqalə müəllifləri yazır ki, İraq parlamenti əl-Sudaninin mövqeyini dəstəkləməyə və ABŞ ordusunun ölkədən getməsini tələb edə bilər.

İraqın baş naziri daha əvvəl bəyan etmişdi ki, ölkədə xarici hərbçilərin ölkədən çıxmasına nəzarət edəcək bir komitə yaradılacaq. Bu, amerikalıların İraqdakı Amerika departamentlərinin əməkdaşlarına hücumlarda şübhəli bilinən səhra komandiri Müştaq əl-Cəvarinin Bağdadda amerikalılar tərəfindən öldürülməsindən qısa müddət sonra edilib.

Beynəlxalq missiyanın 2,5 minə yaxın hərbi qulluqçusu İraq ərazisində yerləşdirilib və onlar iraqlı həmkarlarını islamçılardan mümkün qisas almağa hazırlamalıdırlar.

​​​ E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN