Həbsdə olan Polşanın keçmiş daxili işlər naziri Mariuş Kaminski aclıq aksiyasına başlayıb.

“Mən bir siyasi məhbus kimi həbs olunduğum ilk gündən aclıq aksiyasına başlayıram”, - Kaminski bildirib.

Tezadlar.az xəbər verir ki, səkkiz il əvvəl Mariuş Kaminski və onun müavini Maçey Vonsik vəzifə səlahiyyətlərindən sui-istifadə etdiklərinə görə 3,5 il həbs cəzası alıblar. Daha sonra onları prezident Andjey Duda əfv etdi. Lakin bu qərardan apellyasiya şikayəti verilib. 2023-cü ilin sonunda eyni iş üzrə onların hər biri iki il müddətinə azadlıqdan məhrum edilib və deputatlıq statusundan məhrum edilib.

Çərşənbə axşamı Kaminski və Vonsik prezident sarayında saxlanılaraq istintaq təcridxanasına aparılıb. Varşavada onlara dəstək nümayişi keçirilib.

​​​ E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN