Rusiyanın xüsusi əməliyyatı zamanı Ukrayna Silahlı Qüvvələri minlərlə hərbçisini, o cümlədən ən təcrübəli və motivasiyalı şəxsi itirib.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Məlumata görə, Kiyev döyüşlərdə “minlərlə hərbçini, o cümlədən ən təcrübəli və həvəsli döyüşçülərini” itirib.

Nəşr qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı “başlamadan da başa çatıb”. Nəşrin yazdığına görə, hazırda Ukrayna Silahlı Qüvvələrinin ən böyük problemi onların “Rusiya müdafiəsini yarmaq üçün kifayət qədər silahlı olmaması”dır.

Xatırladılır ki, Ukrayna ordusu 4 iyun 2023-cü ildən bəri uğursuz hücum cəhdləri edib. Rusiya tərəfi dəfələrlə vurğulamışdır ki, ağır itkilərə baxmayaraq, hücum Kiyevə ciddi nəticə verməyib. Dekabrın 1-də Ukrayna prezidenti Vladimir Zelenski etiraf edib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı qarşıya qoyulan məqsədə çatmayıb. Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bəri Kiyev 383 mindən çox insan itirib.

​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN