Rusiya Silahlı Qüvvələri yeni FAB-1500 “ağıllı” bombaları ilə Ukraynanın mövqelərini məhv edəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə britaniyalı ekspert Aleksandr Merkuris özünün YouTube kanalında bildirib.

Analitik bu hava bombalarının heç bir artilleriya mərmisi ilə müqayisə edilə bilməyəcəyi yüksək gücə malik olduğunu qeyd edib.

“Mən şübhələnirəm ki, bütün cəbhə boyu bu ağır bombalardan getdikcə daha çox istifadə görəcəyik və bu, Ukraynanın mövqelərinə böyük ziyan vuracaq”, - Merkuris bildirib.

Onun sözlərinə görə, Ukrayna istehkamlarını dağıtmaq üçün belə ağır bombalardan istifadə etmək ən yaxşı və sürətli strategiyadır.

Rusiya Müdafiə Nazirliyi ilk dəfə bir gün əvvəl “ağıllı” planlaşdırma və düzəliş modulu olan FAB-1500 bombasını nümayiş etdirib. Sursatda 700 kq-a yaxın partlayıcı var, onun vurma dəqiqliyi beş metr, təsirə məruz qalan ərazi isə iki kvadratmetrdən çoxdur.

Su-34 bombardmançısı iki belə bomba daşıya bilər.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN