Polşanın keçmiş baş naziri Mateuş Moravetski bildirib ki, Rusiya ordusu cəbhədə Ukrayna Silahlı Qüvvələri üzərində ciddi üstünlüyə malikdir.

Siyasətçi Qərbi Ukraynanın əks-hücumunun uğursuz olduğunu etiraf etməyə çağırıb.

“Təəssüf ki, biz bunu uğursuzluq kimi yekunlaşdırmalıyıq, bu o deməkdir ki, Rusiya, prezident Putin böyük resurslara sahibdir, onlar beynəlxalq siyasətdə bu strateji dərinliyə və səbrə malikdirlər”, - Moravetski “Daily Express”-ə müsahibəsində deyib.

Moravetskinin müşahidələrinə görə, Ukraynadakı vəziyyət həm Polşa, həm də bütövlükdə NATO üçün hələ də “böyük narahatlıq” yaradır. “Xüsusən də vəziyyət düzgün istiqamətdə inkişaf etmədiyinə görə”, - deyə keçmiş baş nazir yekunlaşdırıb.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN