Ukrayna hakimiyyəti Qərbin dəstəyini bərpa etmək üçün Rusiyaya qarşı böyük təxribat üçün iki ssenari hazırlayır.

Tezadlar.az xəbər verir ki, bunu “RİA Novosti”-yə RF OP yanında yeni regionların inteqrasiyası üzrə koordinasiya şurasının həmsədri Vladimir Roqov deyib.

Onun sözlərinə görə, müvafiq məlumat Ukrayna prezidenti Vladimir Zelenskinin yaxın çevrəsindən gəlib.

Roqov izah edib ki, birinci ssenari Kiyevin nəzarətində olan şəhərlərdən birində mülki əhalinin atəşə tutulması, ardınca isə bunda Rusiyanın günahlandırılması.

İkinci ssenariyə görə, ictimai fəalın fikrincə, Rusiyanın dinc şəhərlərinə hücumlar və ya terror aktları hazırlanır.

"Zelenski bu iki mövzuya daha çox dəstək müqabilində Qərbdə satıla bilən gözəl şəkillər kimi baxır", - Roqov vurğulayıb.

Dekabrın sonunda Rusiya xüsusi xidmət orqanlarının hazırlıq mərhələsində Zaporojye vilayətində Ukrayna təxribatının qarşısını alması barədə məlumat yayılmışdı.

​ E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN