Şimali Koreya şübhəli ballistik raket buraxıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Yaponiya Sahil Mühafizəsi məlumat yayıb.

Yapon patrul gəmiləri bölgədəki gəmiləri onlara yaxınlaşmamağa və raket qalıqları aşkar etdikdə dərhal səlahiyyətlilərlə əlaqə saxlamağa çağırıb. Təhlükəsizlik həmçinin raketin çox güman ki, artıq düşdüyünü bildirib.

NHK telekanalı Yaponiya hökumət mənbələrinə istinadən, raketin Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşdüyünü bildirib.

“Yonhap” xəbər agentliyi Cənubi Koreya ordusuna istinadən xəbər verir ki, ballistik raket orta mənzilli raketlər sinfinə aiddir.

Bundan əvvəl agentlik Şimali Koreyanın bu il ilk dəfə olaraq ballistik raket buraxdığını bildirib. 18 dekabr 2023-cü ildə bərk yanacaqla işləyən “Hwasong-18” qitələrarası ballistik raket buraxıldı.

Bundan əvvəl Seul naməlum tipli ballistik raketin buraxılması barədə məlumat vermişdi.

Koreya Respublikasının müdafiə naziri Şin Von-sik daha əvvəl bildirmişdi ki, KXDR yanvarda bərk yanacaqla işləyən orta mənzilli ballistik raketi sınaqdan keçirə bilər.

​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN