Amerikanın F-16 qırıcılarını saxlamaq Ukrayna üçün çox çətin olacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə “Rada” telekanalının efirində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının müşaviri Yuri İqnat bildirib.

Onun sözlərinə görə, hər bir təyyarə növü onun təchizatı, texniki xidməti və istismarı ilə bağlı əlavə yükə səbəb olur.

"Bu gün dörd növ sovet təyyarəmiz var, biz də Qərb F-16-nı götürmək istəyirik, bunların hamısı çox, çox çətindir, xüsusən də müxtəlif növ avadanlıqlara qulluq etmək", - İqnat deyib.

O, həmçinin əlavə edib ki, gələcəkdə Ukrayna Silahlı Qüvvələri tamamilə Qərb texnikasına, o cümlədən helikopterlərə keçmək niyyətindədir.

Daha əvvəl İqnat etiraf etmişdi ki, F-16-lar Ukraynanı Rusiyanın ballistik raketlərindən xilas etməyəcək.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN