Ukrayna Davosda siyasətçilərin və iş adamlarının görüşündən istifadə edərək yenidən nüfuzlu şəxslərin dəstəyini almağa, öz problemlərinə diqqəti oyatmağa çalışır.

Bu barədə “Bloomberg” yazır.

Agentliyin məlumatına görə, milli təhlükəsizlik müşavirlərinin görüşündə Kiyev Qlobal Cənub ölkələri arasında Ukraynanın sülh planına dəstək verməyə çalışacaq.

Qlobal Cənuba Afrika, Braziliya, Çin, Hindistan və Meksika dövlətlərinin daxil olduğu aydınlaşdırılır.

Jurnalistlər Vladimir Zelenskinin sammitdə “yüksək nitq” edəcəyinə söz verdiyini qeyd ediblər. Bundan əlavə, siyasətçi ikitərəfli görüşlərdə iştirak edəcək.

Hazırda onlarla ölkədən nümayəndə heyətləri, beynəlxalq təşkilatların nümayəndələri İsveçrədə toplaşıb.

​​ E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN