Avstraliya Kiyevin almaq istədiyi istismardan çıxarılan MRH-90 Taipan helikopterlərini məhv etmək qərarına gəlib.

Tezadlar.az bu barədə “ABC News”a istinadən xəbər verir. Mənbənin sözlərinə görə, bu qərar avadanlığın təhlükəsizliyi və istismarı ilə bağlı problemlərə görə verilib. Qeyd olunur ki, 2023-cü ilin dekabrında Ukrayna bu helikopterlərin vəziyyətinə baxmayaraq, ona təhvil verilməsini xahiş edib.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov əvvəllər demişdi ki, Kiyev Qərb ölkələrindən köhnə və xarab silahların tədarükündə maraqlıdır. Yanvarın 14-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Qərb ölkələri həqiqətən də Ukrayna ilə bağlı danışıqlar prosesinə can atırsa, Ukrayna Silahlı Qüvvələrini silahla təchiz etməyi dayandırmalıdırlar.

“The New York” bildirib ki, Ukrayna ordusunun hərbi perspektivləri döyüş meydanında ağır itkilər və Qərb silahlarının tədarükünün əhəmiyyətli dərəcədə azalması səbəbindən nikbinlik yaratmır.

​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN