Yaponiya Tayvanı mühüm tərəfdaş və dost hesab edir və qeyri-hökumət səviyyəsində işgüzar münasibətləri saxlamaq mövqeyinə əsaslanaraq əməkdaşlığı dərinləşdirmək niyyətindədir.

Tezadlar.az xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi mətbuat konfransında bildirib.

"Yaponiya üçün Tayvan fundamental dəyərləri bölüşdüyü, sıx iqtisadi əlaqələri və humanitar mübadilələri davam etdirdiyi mühüm tərəfdaş və dostdur. Yaponiya hökuməti qeyri-hökumət əsasında işgüzar münasibətləri saxlamaq mövqeyini nəzərə alaraq Tayvanla əməkdaşlığı və mübadilələri dərinləşdirməyə çalışacaq”, - deyə o, adada keçirilən seçkiləri şərh edərkən bildirib. Tayvan ətrafında yaranmış vəziyyətdən danışan Hayaşi məsələni sülh yolu ilə həll etməyə ümid etdiyini dəfələrlə bəyan edən Tokionun mövqeyini təkrarlayıb.

Qeyd edək ki, yanvarın 13-də Tayvanda adanın administrasiyasının rəhbəri və onun qanunvericilik orqanının (parlament) Yuanının deputatları üçün seçkilər keçirilib. Adanın yeni lideri postu uğrunda mübarizədə qələbəni administrasiya rəhbərinin hazırkı müavini, Tayvan Demokratik Tərəqqi Partiyasının nümayəndəsi Lai Qinqde qazanıb və o, səslərin 40,05 faizini toplayıb. O, may ayında vəzifəsinin icrasına başlayacaq.

Tayvan 1949-cu ildən, Çan Kay-şek (1887-1975) başçılıq etdiyi Kuomintang qüvvələrinin qalıqları Çin Vətəndaş Müharibəsində məğlub olduqdan sonra oraya qaçdıqdan sonra öz administrasiyası tərəfindən idarə olunur. Pekin Tayvanı Çin Xalq Respublikasının əyalətlərindən biri hesab edir.

Seçkilərin nəticələrindən sonra Çin Xarici İşlər Nazirliyi bəyan edib ki, Tayvan məsələsi adadakı dəyişikliklərdən asılı olmayaraq ÇXR-in daxili işidir və dünyada yalnız bir Çin var və Tayvan onun bir hissəsidir.

​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN