ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ayova ştatında seçki kampaniyası zamanı etiraz aksiyası keçirən gənc ətraf mühit fəallarına “evə ananızın yanına getməyi” və “böyüyün” deyib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Yanvarın 14-də Ayova ştatında bir qrup etirazçı Trampın mitinqini dayandırıb. Ətraf mühitin mühafizəsi fəalları özləri ilə “Tramp: iqlim cinayətkarı” yazılmış plakatlar gətirdilər.

“Təşəkkür edirəm, əzizim, təşəkkür edirəm. Hər şey qaydasındadır. Evə get ananın yanına, anan səni gözləyir. Evə ananın yanına get”, - Tramp etirazçılardan birinə deyib.

Daha sonra o, tərəfdarlarına müraciət edərək deyib ki, ekoloji fəallar ABŞ-ı “bağlamaq” üçün neftlə mübarizə aparırlar.

“Onlar böyüyəcəklər. Çox gənc, o qədər yetkin deyil”, - Tramp əlavə edib.

Eyni etirazçılar daha əvvəl Ayova ştatında sahibkar Vivek Ramasvamy və Florida qubernatoru Ron DeSantis tərəfindən keçirilən kampaniya mitinqlərində iştirak etmişdilər.

​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN