Ukrayna xüsusi xidmət orqanları tərəfindən işə götürülən 20 yaşlı Kurqan tələbəsi Ukrayna xüsusi xidmət orqanlarında işlədiyi üçün ümumi rejimli koloniyada 5 il həbs və bir il azadlığın məhdudlaşdırılması cəzası alıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Kurqan vilayəti üzrə idarəsinin mətbuat xidməti məlumat yayıb.

"Kurqan vilayət məhkəməsi Ukrayna xüsusi xidmət orqanları tərəfindən işə götürülən 20 yaşlı tələbəni Ukrayna xüsusi xidmət orqanlarında işləməkdə təqsirli bilib. Məhkəmə təqsirləndirilən şəxsi ümumi rejimli koloniyada 5 il müddətinə azadlıqdan məhrum edib. Xarici təşkilatın nümayəndələrindən təlimat alan müttəhim hərbi və sosial infrastruktur obyektlərində təxribat törətməyi, internetdə ukraynayönlü təbliğat materiallarını yaymağı, hüquq-mühafizə orqanlarının və hərbi hissələrin yerləşdiyi yerlər barədə məlumatları toplayıb ötürməyi planlaşdırıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını çəkdikdən sonra 1 il müddətinə azadlığının məhdudlaşdırılması cəzasına məhkum edilib", - deyə məlumatda bildirilir.

Əvvəllər ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275.1-ci (xarici dövlət, beynəlxalq və ya xarici təşkilatla əməkdaşlıq) maddəsi ilə cinayət işi açılıb.

​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN