Yanvarın 17-nə keçən gecə Rusiya 20 "Şəhid" tipli hücum pilotsuz təyyarəsi ilə Ukraynaya hücum edib.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Ukraynanın Hərbi Hava Qüvvələri 19 pilotsuz uçan aparatı məhv edə bilib. Bu barədə həm də Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri telegram kanalında məlumat yayıb. Sitat: “Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə vasitələri ilə 19 “Şəhid” məhv edilib. Hava hücumunun dəf edilməsinə zenit-raket bölmələri və mobil atəş dəstələri cəlb olunub”.
Xatırladaq ki, Rusiya ordu birləşmələri Primorsko-Axtarsk bölgəsindən pilotsuz təyyarələr buraxıblar. Ruslar həmçinin Rusiya Federasiyasının Belqorod vilayətindən Xarkov istiqamətində 2 ədəd S-300 zenit-raket raketi atıblar. Ukraynanın Hava hücumundan müdafiə vasitələri Zaporojye, Nikolaev, Odessa, Dnepropetrovsk və Kirovoqrad vilayətlərində fəaliyyət göstərir, raket zərbələrinin qarşısını almağa çalışır. 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN