''İraqdakı KYB PKK ilə bağlı mövqeyini dəyişməsə, əlavə tədbirlər görməkdən çəkinməyəcəyik''.

TEZADLAR.AZ Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Türkiyənini xarici işlər naziri Hakan Fidan  Türkiye Böyük Millət Məclisinin terrorla mübarizə ilə bağlı keçirdiyi məlumatlandırma sessiyasındakı çıxışı zamanı deyib.
Bölgədəki bütün terror təşkilatlarının tamamilə məhv edilməsinin vacibliyini vurğulayan Hakan Fidan deyib: "Bu, təkcə xalqımızın deyil, bütün region ölkələrinin sülh və əmin-amanlıq içində yaşaması üçün vacibdir. Ona görə də bütün qonşularımızın və müttəfiqlərimizin terrorla mübarizəmizi səmimi şəkildə dəstəkləməsi zərurətə çevrilib". 
Separatçı terror təşkilatının Türkiyedəki silahlı mövcudluğunu itirdiyini və hücumlarını sərhəddən kənarda həyata keçirmək məcburiyyətində qaldığını bildirən Hakan Fidan hazırda PKK-nın İraq və Suriya üçün təhlükəsizlik təhdidinə çevrildiyini qeyd edib.
Hakan Fidan İraq səlahiyyətliləri ilə məsləhətləşmə prosesinin davam etdiyini bildirib.
''Süleymaniyyəyə qarşı sanksiyalarımıza baxmayaraq, KYB PKK-yla bağlı mövqeyini dəyişməsə, əlavə tədbirlər görməkdən çəkinməyəcəyik”,-deyə Hakan Fidan vurğulayıb.
ABŞ-ın DEAŞ-a qarşı mübarizə bəhanəsi ilə PKK/YPG-yə dəstək verdiyini bildirən Hakan Fidan deyib:''Bu münasibətlərə son qoymaq və PKK-nı doğulduğu Suriyada məhv etmək üçün mübarizəmizi davam etdirəcəyik”.



Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN