İrəvan Ağsaqqallar Şurasının nümayəndəsi Nare Ayrapetyan Ermənistanda yoxa çıxıb, polisə onun itkin düşməsi barədə məlumat daxil olub.

“Sputnik Ermənistan” bu barədə özünün Telegram kanalında məlumat yayıb.

Ermənistan İstintaq Komitəsi cinayət işi açıb.

“Arminfo”nun yazdığına görə, “Ana Ermənistan” blokunun fraksiyasının rəhbəri Manuk Sukiasyan fraksiya üzvü olan Nare Ayrapetyanın oğurlandığını bildirib.

Onun sözlərinə görə, qaçırılan qadına qarşı müəyyən tələblər irəli sürülüb, onun ictimai-siyasi fəaliyyəti ilə bağlı xəbərdarlıq edilib.

Qeyd olunur ki, yanvarın 15-də naməlum şəxslər Ayrapetyanı İrəvanın Totovents küçəsində maşına mindiriblər, bundan sonra onun gözlərini bağlayıblar. Daha sonra təcavüzkarlar onu tanımadığı bir yerə aparıblar, orada onu müəyyən bir şəxs qarşılayıb və onun bəyanatlarının və siyasi fəaliyyətinin yolverilməz olduğunu bəyan edib. Söhbətdən sonra onu geri götürüblər.

Bundan əvvəl Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Levonun etiraz aksiyası zamanı xüsusi təyinatlı polis əməkdaşları tərəfindən “vəhşicəsinə döyüldüyü” bildirilmişdi.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN