Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə Polşanın baş naziri Donald Tusk ilə görüşündən sonra deyib ki, Ukrayna Polşadan kreditlə silah alacaq. Onun sözlərinə görə, Polşa krediti iki ölkə arasında əməkdaşlığın yeni formasına çevriləcək.

“Biz Polşadan Ukraynaya sarsılmaz dəstəyi və yeni hərbi yardım paketini, həmçinin Ukraynanın ehtiyacları üçün irimiqyaslı silahların alınmasına yönəlmiş əməkdaşlığın yeni formasını - Ukrayna üçün Polşa kreditini yüksək qiymətləndiririk”, - deyə Zelenski Twitter səhifəsində yazıb.

Ukrayna prezidenti həmçinin əlavə edib ki, Tusk ilə gələcəkdə birgə silah istehsalı imkanlarını müzakirə edib.

2023-cü ilin sentyabrında o vaxt Polşanın baş naziri olmuş Mateuş Moravetski bəyan edib ki, Varşava artıq Kiyevi heç bir silahla təmin etmir. Daha sonra Moravetskinin sözlərini o zaman Polşa hökumətinin mətbuat katibi postunu tutan Peter Müller izah edərək, respublikanın hakimiyyət orqanlarının Ukraynaya yalnız tədarükü əvvəlcədən razılaşdırılmış silahları verdiyini qeyd edib. Polşa tərəfinin bu bəyanatlarından sonra Ukraynanın müdafiə naziri Rüstəm Umerov Ukraynanın Polşadan silah almağa davam etdiyini təsdiqləyib, söhbətin yeni təchizatdan getdiyini, yoxsa əvvəllər razılaşdırılmış silah göndərilməsindən getdiyini dəqiqləşdirməyib.

​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN