Almaniya Rusiya ilə hərbi münaqişə təhlükəsini dərk etməlidir.

Bu barədə “RİA Novosti” Almaniyanın müdafiə naziri Boris Pistorusun bəyanatına istinadən xəbər verir.

Onun sözlərinə görə, Almaniya silahlanmalıdır.

“Biz bu ehtimalla hesablaşmalıyıq. Bir şeylə hesablaşanda isə təhlükəyə köklənmək lazımdır, hansı ki, o, nə vaxt gələcək, ya yox. Bu ehtimal üçün özümüzü silahlandırmaq lazımdır - biz indi NATO müttəfiqlərimizlə birlikdə bunu edirik. Bu da lazımdır”, - deyə hərbi idarənin rəisi bildirib.

Nazir qeyd edib ki, bunun üçün Baltikyanı ölkələrdə 2027-ci ilə qədər tam döyüşə hazır olacaq alman briqadası olmalıdır.

Pistorus vurğulayıb ki, Rusiya bir neçə il ərzində hərbi əməliyyatlara başlaya bilər. Nazir hərbi ekspertlərə istinad edib.

"Və biz bu vaxtdan - növbəti üç-beş ildə silahlanmaq üçün fəal şəkildə istifadə etməliyik", - Müdafiə Nazirliyinin rəhbəri deyib.

​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN