Mıtişçinin Trudovaya Severnaya kəndində fərdi yaşayış evində baş verən yanğın nəticəsində uşaq ölüb.

Moskva vilayəti prokurorluğunun məlumatına görə, yanğın yanvarın 21-nə keçən gecə baş verib.

"Yanğın nəticəsində 2012-ci il təvəllüdlü azyaşlı ölüb", - idarənin nəşrində deyilir.

Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva vilayəti üzrə şöbəsi bildirir ki, yanğın baş verən zaman evdə qardaş və bacı olub. 14 yaşlı qız vaxtında qaça bilib. Yanğın söndürüldükdən sonra onun qardaşının meyiti tapılıb.

Faciənin baş vermə şəraiti və səbəbləri aydınlaşdırılır. Faktla bağlı ehtiyatsızlıqdan insan ölümünə səbəb olma maddəsi ilə cinayət işi açılıb.

​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN