Ali Radaya təqdim edilən çoxsaylı vətəndaşlıq haqqında qanun layihəsində bir sıra istisnalarla Rusiya pasportu almış ukraynalıların Ukrayna vətəndaşlığından məhrum edilməsi nəzərdə tutulur.

Bu barədə strana.ua məlumat yayıb.

Nəşrin yazdığına görə, həmçinin xarici ölkənin vətəndaşlığına malik olan Ukrayna vətəndaşının “Ukrayna ərazisində əcnəbinin pasport sənədindən istifadə etməsi üçün Ukrayna vətəndaşlığından məhrum edilməsi təklif olunur ki, bunun da nəticəsi olaraq Ukraynanın milli təhlükəsizliyinə və ya milli maraqlarına təhdid yaradır”.

Bundan əlavə, məhrumetmə üçün əsas kimi “yalan məlumatların, saxta sənədlərin təqdim edilməsi, hər hansı mühüm faktın gizlədilməsi nəticəsində həmin şəxslə bağlı Ukrayna vətəndaşlığının verilməsi barədə qərar qəbul edilə bilməz”.

Qanun layihəsində Ukrayna konstitusiyasının və tarixinin əsasları və dövlət dilini bilmə səviyyəsi üzrə imtahan vermək öhdəliyini yerinə yetirmədiyinə görə vətəndaşlıqdan məhrumetmə də nəzərdə tutulur. Bir şəxsin “təcavüzkar dövlət və ya işğalçı dövlət”də müqavilə əsasında hərbi xidmət keçdiyi müəyyən edildikdən sonra Ukrayna vətəndaşlığından məhrum edilə bilər.

​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN