Yanvarın 22-də Nyu-Yorkda BMT-nin mənzil-qərargahında Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Hakan Fidan danışıqlar apararaq, qarşıdakı ikitərəfli əlaqələrin cədvəlini müzakirə ediblər.

Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyinin Telegram kanalında xəbər verilib ki, Rusiya və Türkiyə arasında ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın aktual məsələləri müzakirə olunub. Tərəflər qarşılıqlı faydalı əlaqələrin qorunub saxlanılması və genişləndirilməsi maraqları naminə birgə fəaliyyətin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Rusiya-Türkiyə əsas enerji layihələrinin həyata keçirilməsində irəliləyişlərə də toxunulub.

Rusiya və Türkiyə nazirləri həmçinin kəskin regional problemlərin - Qəzza zolağında, Suriyada, Zaqafqaziyada və bütövlükdə Yaxın Şərqdə, Qara dəniz zonasında, eləcə də regionda qarşılıqlı məqbul həll yollarının tapılması maraqları naminə addımların əlaqələndirilməsinin zəruriliyini təsdiqləyiblər.

Bundan əvvəl Sergey Lavrov İran, Livan və İndoneziya xarici işlər nazirləri ilə də görüşüb.

​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN