Ukrayna Silahlı Qüvvələrinin (USQ) Rusiya ilə münaqişədə məğlubiyyətindən sonra Ukrayna paytaxtı Kiyevdən Lvova köçürüləcək.

Bu barədə “Asia Times” yazır.

Ukrayna müharibədə uduzacaq və Ukrayna hökuməti Kiyevi boşaltmalı ola bilər. Nəşr yazır ki, bu siyasətin əsasını Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeriy Budanov, o cümlədən Ukraynanın paytaxtını, ehtimal ki, Lvova köçürmək məqsədilə effektiv nəzarətin yaradılması təşkil edir.

Nəşrin müəllifinin fikrincə, Vaşinqton Rusiya ilə proxy münaqişəsində qalib gələ bilməyəcəklərini anlayır. Ona görə də məğlub olacağı təqdirdə strategiya hazırlanır. Paytaxtın köçürülməsi ilə yanaşı, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun Ukraynanın yeni hökumətinə başçı təyin edilməsi planlaşdırılır.

Mətnin müəllifi digər məsələlərlə yanaşı qeyd edib ki, əgər Rusiya Kiyevdə rusiyayönlü hökumət yarada bilsə, avropalılar Moskva ilə razılığa gəlmək üçün praktiki həll yolu tapmalı olacaqlar. Bu məsələdə əsas oyunçu Almaniyadır və ölkənin hazırkı hökuməti Rusiya ilə danışıqlara getməyəcək, - “Asia Times” yazır.

Bundan bir qədər əvvəl keçmiş çexiyalı yüksək rütbəli diplomat Petr Drulak demişdi ki, tezliklə Kiyev rejiminin qərbli müttəfiqləri Ukraynanın öz ərazisində hərbi əməliyyatları dayandırmaq üçün parçalanması barədə açıq danışacaqlar. Slovakiyanın baş naziri Robert Fiko da eyni fikri bildirib.

​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN