2024-cü ildə Rusiya Federasiyasında keçiriləcək prezident seçkilərinin şüarı “Biz birlikdə güclüyük - Rusiyaya səs ver!” ifadəsi olacaq.
Tezadlar.az bildirir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova məlumat verib.
Panfilova komissiyanın iclasında deyib: "İlk növbədə, qarşıdan gələn prezident seçkilərinin şüarını təqdim etmək istərdim. O, belə olacaq: "Biz birlikdə güclüyük - Rusiyaya səs ver!".
Xatırladaq ki, Rusiyada prezident seçkiləri mart ayında keçiriləcək. Əsas səsvermə üç gün ərzində - martın 15-dən 17-dək keçiriləcək. Erkən dövr fevralın 25-də başlayacaq və martın 14-də başa çatacaq.
Üç günlük səsvermə, əvvəllər Pamfilovanın izah etdiyi kimi, bir gündə bunu edə bilməyən ruslara, məsələn, iş qrafikinə görə seçki məntəqəsinə getməyə imkan verəcək.
E.ŞİRİNOV