Ayrılan yardıma nəzarət etmək üçün Ukraynaya ABŞ təftişi gəlib.

Bu barədə Amerikanın Kiyevdəki səfiri Bridcet Brink X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Komissiyaya üç baş müfəttiş daxildir - Pentaqondan (Robert Storç), Dövlət Departamentindən (Diana Şou) və ABŞ Beynəlxalq İnkişaf Agentliyindən (USAID, Pol Martin).

“Onların icraçılar, tərəfdaşlar və Ukrayna hökuməti ilə görüşləri ABŞ-ın Ukraynaya yardımına nəzarəti və cavabdehliyi gücləndirməyə kömək edəcək”, - Brink yazıb.

Yanvarın 12-də Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevə yardımın ayrılması mövzusunda ABŞ-ın İqtisadi Bərpa üzrə xüsusi nümayəndəsi Penni Pritzker ilə görüş keçirdiyini bildirib. Görüşdən sonra o, Kiyevdən korrupsiyanın kökünü kəsəcəyini gözlədiyini bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN