Özbəkistan paytaxtında  - Daşkənddə ayda bir dəfə “Avtomobilsiz gün”də dövlət qurumlarının rəhbər və işçilərini işə ictimai nəqliyyatla gəlməyə məcbur etmək təklif edilir.

Hansı ki, bu aksiya Özbəkistanda 2018-ci ildən keçirilir, lakin ciddi tələblər və məhdudiyyətlər olmadan.

 TEZADLAR.AZ Özbəkistan KİV-nə istinadən xəbər verir ki, bu, Özbəkistan prezidentinin 2024-cü il üçün Dövlət Proqramının icrası haqqında fərman layihəsində nəzərdə tutulub.

 Sənəddə deyilir ki, iş günlərinin birində həyata keçirilə bilən aksiya avtomobillərin hərəkətini azaltmaq məqsədi daşıyır.

 Daşkənddə yerləşən bütün respublika və ərazi icra hakimiyyəti orqanlarının rəhbərləri və əməkdaşları ictimai nəqliyyatla işə gəlməklə əhaliyə örnək olmalıdırlar.

 Bu bəndin “tam, keyfiyyətli və qeyd-şərtsiz” həyata keçirilməsinə görə Özbəkistanın Ekologiya, Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişiklikləri Nazirliyi (nazir Əziz Abduhakimov), Nəqliyyat Nazirliyi (İlhom Mahkamov) və Daşkənd hökuməti (hakim səlahiyyətlərini icra edən Şavkat Umurzakov)  cavabdehlik daşıyacaqlar.

 Həmçinin 2030-cu ilə qədər Daşkənd, Nukus və rayon mərkəzlərində Avro-5 və daha yüksək standartlara cavab verməyən avtomobillərin istismarının mərhələli şəkildə məhdudlaşdırılması planlaşdırılır.

 Özbəkistanda martın 1-dən toz fırtınaları və havada incə hissəciklərin miqdarının artması zamanı əhalinin, xüsusilə də ürək, qan damarları və tənəffüs orqanlarının xəstəliklərindən əziyyət çəkən vətəndaşların profilaktik tədbirlər barədə daim məlumatlandırılması təcrübəsinin tətbiqi nəzərdə tutulur. .

 Tikinti sahələrinə (500 kv. m və daha çox) nəqliyyat vasitələrinin daxil olması və çıxması zamanı havaya qalxan toz və qum hissəciklərinin azaldılması üçün məcburi tələblərin tətbiqi təklif olunur.

 Daşkənddə çəkisi 10 tondan çox olan yüklərin daşınması üçün nəzərdə tutulan N2, N3 və O4 kateqoriyalı ağır avtomobillərin pik saatlarda hərəkətinin qadağan edilməsi planlaşdırılır. Məhdudiyyətlər xüsusi xidmət orqanlarının avtomobillərinə, o cümlədən kommunal xidmətlərə, abadlıq xidmətlərinə və Silahlı Qüvvələrin texnikasına şamil edilməyəcək.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN