Portuqaliyanın müvəqqəti hökuməti kütləvi etirazların qarşısını almaq üçün fermerlərə 500 milyon avro təcili yardım elan edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Reuters” yazır.

Kənd Təsərrüfatı Nazirliyi ekoloji kənd təsərrüfatının dəstəklənməsi üçün dizel yanacağı vergisinin 55 faiz azaldılmasını və əlavə 120 milyon avronun ayrıldığını açıqlayıb. Portuqaliyanın Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Maria do Seu Antunes bildirib ki, təxminən 200 milyon avro uzun sürən quraqlığın fermerlərin gəlirləri üzərindəki nəticələrini yumşaltmalıdır.

Qeyd edək ki, fevralın 1-də Portuqaliyadakı fermerlər kənd təsərrüfatı texnikası ilə yollara çıxmağı planlaşdırırdılar. Onlar ədalətli bazar şəraitinin və sektorda artan dəyərin tərəfdarıdırlar.

Cümə axşamı səhər onlarla fermer etirazlarda iştirak etmək üçün traktorlarla Brüsselə gəlib. Şahidlərin bildirdiyinə görə, etirazçılar artıq Avropa Parlamentinin binasını bağlayıblar.

Artıq bir həftədir ki, AB-də etirazlar keçirilir. Çərşənbə günü fermerlər əsas limanlarda və iqtisadiyyatın digər mühüm hissələrində ticarəti pozmaq məqsədilə Belçika, Fransa və İtaliyada əksər nəqliyyat arteriyalarını bağlayıblar. Çərşənbə günü fransalı fermerlər Paris yaxınlığındakı Rungis bazarını bağlamağa cəhd ediblər və polis aksiyanın bir neçə iştirakçısını həbs edib.

​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN