Bali adasında 37 yaşlı rusiyalı turist snorkeling - maska ​​və nəfəs borusu ilə akvalansda üzərkən boğulub.

Tezadlar.az xəbər verir ki, bu barədə İndoneziyanın “Detik” portalı Karanqasem əyalət polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İpta I Gede Sukadana istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, mərhum dostları ilə Bias Tugel çimərliyinə gəlib, bundan sonra onlardan ikisi suya girərək sahildən uzaqlaşıb.

"20 dəqiqədən sonra qurbanın dostu sahilə tək qayıdıb. Dənizə baxanda adam artıq görünmürdü", - Sukadan bildirib.

Mərhumun dostları bir müddət sahildə gözləsələr də, tezliklə axtarışa başlayıb, digər turistlərdən kömək istəyiblər. Bir saat yarımlıq axtarışdan sonra dostlardan biri mərcanların yanında sürüklənən rus cəsədini görüb. Kişi sahilə çəkilib və onu diriltməyə cəhd edilib, lakin nəticəsi olmayıb. Gələn həkimlər ölümü təsdiqləyib.

Faciənin səbəbləri müəyyənləşdirilir.

​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN