Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı, Vladimir vilayətində yaşayan Aleksandr Sırskinin valideynləri oğulları ilə münasibətlərini gizlədirlər.

Tezadlar.az xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.

Nəşr qeyd edir ki, Sırskinin atası "ailələrinə toxunmamağı xahiş etdi, çünki bu, onlar üçün çətin vaxtdır".

Eyni zamanda, valideynlərin qonşuları oğlu haqqında heç vaxt danışmadıqlarını söyləyib.

Xatırladaq ki, Aleksandr Sırski açıq mənbələrdən əldə edilən məlumata görə, 26 iyul 1965-ci ildə Vladimir vilayətinin Kirjaç rayonunun Novinki kəndində hərbçi ailəsində anadan olub. Moskva Ali Ümumqoşun Komandanlıq Məktəbini bitirib. 1980-ci ildən Ukraynada yaşayır. 2024-cü il fevralın 8-də o, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsinə təyin edilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN