Türkiyə fevralın 26-da Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı çıxış edəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Mənbənin sözlərinə görə, çıxışda “İsrailin işğal olunmuş Fələstin ərazilərindəki hərəkətlərinin hüquqi nəticələrinə” toxunulacaq.

Məhkəmədə Türkiyəni kimin təmsil edəcəyi dəqiqləşdirilməyib.

Fevralın 4-də “Sabah” qəzeti yazıb ki, Türkiyə bölgədəki “siyasi və hərbi mövcudluğundan” istifadə edərək Fələstinin təhlükəsizliyinin təminatçısı kimi çıxış etməyə hazırdır. Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan xəbərdarlıq etmişdi ki, Qəzzada hazırda həlli olmayan münaqişə indi baş verən yeni münaqişələrə səbəb ola bilər.

O, beynəlxalq ictimaiyyəti Fələstin anklavında daimi atəşkəs üçün səyləri dəstəkləməyə çağırıb və bir sıra dövlətlərin HƏMAS-a qarşı mübarizədə İsrailin hərəkətlərini dəstəklədiyini qeyd edib. Fevralın 10-da MKİ rəhbərinin HƏMAS-ın girov böhranı ilə bağlı danışıqlar aparmaq üçün Misirə gedəcəyi məlum olub.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN