Türkmənistanda məktəbli qızların “mənəvi saflığını” qiymətləndirmək üçün onların bakirəliyini yoxlamaq qərarına gəliblər.

Bu barədə “Azadlıq” radiosu mənbələrə istinadən məlumat yayıb.

Respublikanın qərbində yaşayan bir neçə tələbə və onların analarının sözlərinə görə, ginekoloji müayinələr uşaqların və onların valideynlərinin razılığı olmadan aparılır. Yerli təhsil işçilərindən birinin sözlərinə görə, imtahandan keçməyən məktəbli qızlarla bağlı məlumatlar polisə və Milli Təhlükəsizlik Nazirliyinə ötürülür.

Onun digər həmkarları bildiriblər ki, təhlükəsizlik qüvvələri tez-tez yetkinlik yaşına çatmayan uşaqla cinsi əlaqədə olduqları üçün cinayət məsuliyyətinə cəlb oluna biləcək cinsi partnyorları haqqında məlumat almaq üçün müvafiq siyahıdan qızların mobil telefonlarını yoxlayır.

Balkanabaddan olan təhsil işçisinin sözlərinə görə, bu cür yoxlamalar son aylar rayonda yeniyetmələrin hamiləlik hallarının artması ilə əlaqələndirilir.

Qeyd edək ki, 2022-ci ildə Türkmənistan hakimiyyətinin ölkədə gözəllik inyeksiyalarını, kirpik uzatmalarını və bir sıra digər kosmetik prosedurları qadağan etmək niyyətində olduğu bildirilirdi.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN